Bank Of Baku

Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilir

Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilir
# 22 oktyabr 2010 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universitetində iki beynəlxalq tədbirə start verilib. APA-nın məlumatına görə, bunlardan biri “Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər” mövzusunda keçirilən IV beynəlxalq elmi konfrans, digəri isə BSU-nun Türkiyənin nüfuzlu Qazi Universiteti ilə birgə təşkil etdiyi “Türk dili və ədəbiyyatının tədrisi” I beynəlxalq simpoziumdur. Simpozium Azərbaycanın mərhum xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunub.

“Müqayisəli ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər” mövzusunda keçirilən ənənəvi beynəlxalq elmi konfransın məqsədi müqayisəli təhlil və birgə müzakirələr vasitəsilə mürəkkəb çoxmənalı arxetip məfhumunun mahiyyətinə aydınlıq gətirmək, ədəbiyyatşünaslığın ən müxtəlif problemlərini gündəmə gətirməkdir. Konfransda Rusiya, Türkiyə, İsveç, Avstriya, ABŞ, İngiltərə, Çin, İran, İraq BƏƏ və digər ölkələr – ümumilikdə 20-dən çox ölkədən elm xadimləri iştirak edir.

“Türk dili və ədəbiyyatının tədrisi” adlı I beynəlxalq simpoziuma isə Türkiyənin Qazi və İstanbul Kültür universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb.

Mərasimdə çıxış edən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev Azərbaycan paytaxtında dünyanın məşhur alimlərinin bir araya gələrək humanitar elmin problemlərini araşdırmasını əlamətdar hadisə kimi qiymətləndirib.

Konfrans çərçivəsində tədbirdə iştirak edən alimlərin bir qisminin BSU-nun tələbə və magistrantları üçün müxtəlif mövzularda 13 ustad dərsləri keçməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR