Bank Of Baku

Gəncədə “Əmək yarmarkası” keçirilib

Gəncədə “Əmək yarmarkası” keçirilib
# 22 oktyabr 2010 15:54 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Bu gün Gəncə şəhərində növbəti “Əmək yarmarkası” keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yarmarkanın keçirilməsində əsas məqsəd işsiz vətəndaşların münasib işlə təmin edilməsi onların ixtisas dəyişmə və peşə hazırlığı kurslarına cəlb edilməsi, haqqı ödənilən ictimai işlərə göndərilməsini təmin etməkdir.

“Əmək yarmarkası”nda Gəncə şəhərində fəaliyyət göstərən 78 idarə, müəssisə və təşkilat 800-ə yaxın aidiyyəti üzrə ixtisaslaşmış iş yerləri təklif edib. Yarmarkada iştirak edən müəssisələrdən 29 dövlət, 49-u isə özəl təşkilatdır. Yarmarkada təklif olunan 445-i fəhlə, 79-u qulluqçu, 228-i isə xidmət yerləridir. Həmin boş iş yerlərindən 303-ü dövlət, 449-u özəl təşkilatlardan daxil olub. Təqdim olunmuş iş yerləri üçün əmək haqqının məbləği minimum 85 manat, maksimum 315 manatdır. 14 iş yeri kvota üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Əmək yarmarkası”nda 1200 nəfərdən çox işsiz və işaxtaran vətəndaş iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR