Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında Eynulla Fətullayevlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında  Eynulla Fətullayevlə görüşüblər
# 22 oktyabr 2010 17:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, görüş zamanı E.Fətullayev saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından şikayətinin olmadığını, vəkilləri və atası ilə görüşə məhdudiyyət yaradılmadığını söyləyib.

Söhbət zamanı məlum olub ki, E.Fətullayev 19 oktyabr 2010-cu il tarixdən yalnız su içməklə aclıq aksiyası keçirir. O bildirib ki, buna səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində çıxardığı qərarın icra olunmamasıdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən E.Fətullayevin işinin icraata götürüldüyü, həmçinin İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətləri bir daha onun diqqətinə çatdırılıb.

Aparatın əməkdaşları E.Fətullayevin səhhətinin nəzarətdə saxlanması üçün müəssisə rəhbərliyi və tibb hissəsinin həkimi ilə görüşərək onlara öz tövsiyələrini veriblər.

Daha sonra Bakı İstintaq Təcridxanasında saxlanılan bir neçə məhkum qəbul olunub, onlarla söhbət aparılıb və hüquqi məsləhətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR