Bank Of Baku

Azərbaycanda uşaqlar arasında xəstələnmə səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir

Azərbaycanda uşaqlar arasında xəstələnmə səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir
# 23 oktyabr 2010 14:00 (UTC +04:00)
Lakin dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bu sahədə hələ çox iş görülməlidir. APA-nın məlumatına görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün uşaqlar arasında rast gəlinən xəstəliklər tənəffüs, ağciyər və doğulma dövrünün xəstəlikləri və problemləridir: «Bu gün bizdə körpələr və yeni doğulanlar arasında rast gəlinən xəstəliklər dünyanın inkişaf etmiş ölkələrindən bir o qədər də fərqlənmir. Amma xəstələnmənin səviyyəsi Almaniya, Finlandiya, İsveç, Yaponiya və digər inkişaf etmiş ölkələrlə müqayisədə qat-qat yuxarıdır».

N. Quliyev bildirib ki, ötən ilin yekun statistikasına görə, Azərbaycanda hər 1000 nəfər yeni doğulan uşaqdan 11 nəfəri 1 yaşına çatanadək dünyasını dəyişir. Bu göstəricinin 28,5 nəfər olduğu 1992-93-cü illərlə müqayisədə hazırda vəziyyət xeyli yaxşılaşıb. Üstəlik, Azərbaycanda bu göstəriciyə görə vəziyyət bəzi qonşu ölkələrdən - Türkiyə (24 nəfər), Rusiyadan (12-14 nəfər) yaxşıdır. Əvəzində Almaniya, İsveç və Yaponiyada bu göstərici 3-4 nəfərdir. N.Quliyev bildirib ki, bu gün Azərbaycanda 7 regionda perenatal mərkəzin yaradılması da yeni doğulanlarda bu problemlərin aradan qaldırılmasına yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR