Bank Of Baku

Bakıda BMT Günü qeyd edilib - FOTO

Bakıda BMT Günü qeyd edilib - <font color=red>FOTO </font>
# 25 oktyabr 2010 08:47 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 24-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası və BMT İctimai Məlumat Departamenti Park Bulvar Ticarət Mərkəzində BMT Gününü qeyd ediblər. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası 2008-ci ildə BMT-nin Azərbaycan nümayəndəliyinin bütün keçmiş və hazırkı təcrübəçilərini birləşdirən təşkilat kimi yaradılıb. Təşkilatın əsas məqsədi yerli əhaliyə beynəlxalq təcrübəyə yiyələnmək imkanını vermək, BMT məzunları arasında əlaqələri inkişaf etdirmək, əhalini BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş proqramlarında iştirak imkanı ilə təmin etməkdir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai Məlumat Departamenti isə BMT, onun məqsədləri və fəaliyyəti sahəsində məlumatlılığı artıran təşkilatdır. Tədbirdə bu təşkilatların nümayəndələri BMT-nin yaranması, fəaliyyəti, strukturu haqqında ətraflı məlumat veriblər və bildiriblər ki, 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minib. Həmin tarix 1948-ci ildən bəri BMT Günü kimi qeyd edilir.

Milli Konservatoriyanın tələbələri Arzuman Allahverdiyev, Səttar Orucov, Elgün Bayramov və Fuad Abdullayevin ifası ilə başa çatmış tədbirdə mövzu ilə bağlı bukletlər və məlumat kitabçaları paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR