Bank Of Baku

İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti FHN-nin müvafiq qurumlarının iş fəaliyyəti ilə tanışlıq məqsədi ilə Azərbaycanda səfərdə olub

İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti FHN-nin müvafiq qurumlarının iş fəaliyyəti ilə tanışlıq məqsədi ilə Azərbaycanda səfərdə olub
# 25 oktyabr 2010 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının iş fəaliyyəti ilə tanışlıq məqsədi ilə oktyabrın 17-dən 22-dək Azərbaycanda səfərdə olub. Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Səfər qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin öyrənilməsi məqsədi daşıyıb. Səfər zamanı nümayəndə heyəti FHN-nin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və Nazirliyin Akademiyasının fəaliyyəti ilə tanış olub. Eyni zamanda, səfər çərçivəsində isveçli nümayəndələrlə fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyev arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR