Bank Of Baku

Azərbaycan arxeologiyasında ilk dəfə olaraq Şəkidə eyni baş örtüyü altında eyni dövrə aid dörd dəfn çalası aşkarlanıb

Azərbaycan arxeologiyasında ilk dəfə olaraq Şəkidə eyni baş örtüyü altında eyni dövrə aid dörd dəfn çalası aşkarlanıb
# 25 oktyabr 2010 09:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Elmlər Akademiyasının Şəki-Qax-Oğuz ekspedisiyası Şəkinin Kiçik Dəhnə kəndində apardığı arxeoloji qazıntılar zamanı Azərbaycan arxeologiyasında ilk dəfə olaraq bir kurqanın eyni baş örtüyü altında eyni dövrə aid dörd dəfn çalası aşkarlayıb. Ekspedisiyanın rəisi Nəsib Muxtarov APA-ya bildirib ki, dəfn çalalarının üçü dairəvi, biri dördbucaqlıdır. Dairəvi formada olan dəfn çalarının ikisində insan skeletləri, birində qab aşkarlanıb. Dördbucaqlı formasında olan dəfn çalası isə boş olub.

N. Muxtarov deyib ki, sonuncu aşkarlanmış, dairəvi dəfn çalasının mərkəzində balaca, boz rəngdə küp, ondan 5-6 sm aralıda isə obsidian (dəvəgözü) aşkarlanıb: “Yəqin ki, bundan istehsal prosesində istifadə edilib. Amma ümumilikdə eyni örtük altında eyni dövrə aid dörd dəfn çalasının aşkarlanması, dəfn çalalarının quruluşu, kurqanın yerüstü hissəsinin quruluşu, yəni daş düzümləri, daş düzümlərinin ortasında yenidən daşdan dairələrin düzülməsi - bütün bunların hamısı Azərbaycan arxeologiyası üçün yenilikdir. Eyni bir kurqan altında müxtəlif dövrlərə aid qəbirlər aşkarlansa da, eyni dövrə məxsus dörd dənə dəfn çalasının olması hələlik yalnız Ağdərə kurqanlar qrupunda aşkarlanıb. Bu, Azərbaycan arxeologiyası üçün yenilikdir”.

N. Muxtarov yeni tapıntıların orta tunc dövrünün sonu, son tunc dövrünün əvvəlinə aid olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR