Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayının deltasında aparılan monitorinqin nəticələrini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayının deltasında aparılan  monitorinqin nəticələrini açıqlayıb
# 01 noyabr 2010 07:50 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Neftçala rayonunun Bankə qəsəbəsində Kür çayında suyun ümumi sərfinin 292 m3/s (100%), suyun orta axın sürətinin 0,54 m/s, yeni kanalın girişində ümumi su sərfinin 165 m3/s (56,5%), suyun orta axın sürətinin 0,62 m/s olduğu qeydə alınıb. Eyni zamanda, Bala Kürün girişində ümumi su sərfi 114 m3/s (39%), Ana Kürdə açılmış təbii qollarda isə ümumi su sərfi 8 m3/s (3%) olub. Yeni kanalın dənizə töküldüyü yerdə axının maksimal sürətinin 0,93 m/s qeydə alınıb. Hazırda Xəzər dənizinin səviyyəsi -27,11 mBS təşkil edir.
Kürdə aparılan müşahidələr zamanı çayda orta dərinliyin 8,22 m, Bala Kürdə 3,35 m, Ana Kürdə isə 0,3-0,4 m olduğu müəyyən edilib. Yeni açılmış kanalın girişində dərinlik 5,1 m olub, kanalın orta hissəsində 4,95 m-ə çatıb, deltaya doğru isə tədricən azalaraq 3,5 m-ə qədər dəyişib. Yeni kanalın mənsəbində dərinliyin 4,4 m, mənsəbdən dənizə doğru təxminən 3 km məsafədə 4,2-4,5 m-ə çatdığı müşahidə olunub. Qeyd edək ki, hazırda yeni kanalda “Azərenerjitikintiquraşdırma” SC-yə məxsus ixtisaslaşdırılmış “İnam” lilsoran gəmisi dib dərinləşdirmə işlərini həyata keçirir.
Beləliklə, ölçmələr nəticəsində Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınıb. Bundan əlavə, bu ilin mayında Kür çayından ümumi su sərfinin paylanmasının faizlə miqdarı Bala Kürdə 37%, Ana Kürün qoltuq körfəzinə çıxan təbii qollarında 20% təşkil edirdisə, hazırda bu göstəricilər müvafiq olaraq 39% və 3% təşkil edib.
Kür çayının yeni kanalında və onun dənizə töküldüyü yerdə aparılan monitorinq işlərinin nəticəsindən isə belə qənaətə gəlmək olar ki, yeni açılmış kanaldan daha çox su keçməyə başlayıb. Belə ki, may ayında çayda olan ümumi suyun 32%-i yeni kanal vasitəsilə dənizə axıdılırdısa, hazırda bu rəqəm 56% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR