Bank Of Baku

Noyabr ayında Azərbaycanda 5 gün iş olmayacaq

Noyabr ayında Azərbaycanda 5 gün iş olmayacaq
# 01 noyabr 2010 13:26 (UTC +04:00)
Əmək Məcəlləsinə əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü qeyri-iş günüdür. Bu gün Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə bayram kimi qeyd olunacaq. Xatırladaq ki, 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Bu əlavəyə əsasən, 9 noyabr ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil olunub.

Nazirlər Kabinetinin qərarı ilə Qurban Bayramı münasibətilə noyabrın 14, 15, 16 və 17-də də Azərbaycanda qeyri-iş günüdür.

Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd olunur. Əvvəllər qeyri-iş günü sayılan bu bayramlar son 2 ildə qeyd olunmalarına baxmayaraq, qeyri-iş günləri sayılan bayramlar siyahısından çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR