Bank Of Baku

Talış dağlarına ilk qar yağıb

Talış dağlarına ilk qar yağıb
# 02 noyabr 2010 06:55 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Ötən gecə Talış dağlarına ilk qar yağıb. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qar əsasən rayonun ən ucqar ərazilərinə düşüb.

Bu yerlərdə qar örtüyünün hündürlüyü 5-6 santimetr təşkil edir. H. Məlikovun sözlərinə görə, kəskin hava şəraiti yerli əhalinin rabitə və elektrik enerjisi ilə təchizatında heç bir problem yaratmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR