Bank Of Baku

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda yeni kadr və struktur dəyişiklikləri aparılır

AMEA-nın Memarlıq  və İncəsənət İnstitutunda yeni kadr və struktur dəyişiklikləri aparılır
# 02 noyabr 2010 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutuna yeni təyinatlar olub. İnstitutun elmi katibi Səltənət Tağıyeva APA-ya bildirib ki, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə sənətşünaslıq doktoru Kubra Əliyeva, ümumi işlər üzrə direktor müavini vəzifəsinə sənətşünaslıq namizədi İmaş Hacıyev, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan sənətşünaslıq doktoru Səltənət Tağıyeva elmi katib vəzifəsinə təyin edilib.

S.Tağıyevanin sözlərinə görə, AMEA-nın Rəyasət Heyətinin (RH) tapşırığı ilə institutun şöbə müdirləri vəzifələrinin tutulması üçün də yenidən müsabiqə keçirilir. Artıq bununla bağlı sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu noyabrın 12-dək aparılacaq. İnstitutun bütün şöbə müdirləri yenidən müsabiqədən və Elmi Şuradan keçəcək, daha sonra isə namizədlər Rəyasət Heyətinə təqdim ediləcək. Müsabiqədə hazırda institutunun şöbə müdiri vəzifəsində çalışan və digər maraqlanan şəxslər iştirak edə bilərlər.

S.Tağıyeva deyib ki, institutunun strukturuna memarlıq abidələrinin qorunması və bərpası problemləri adlı şöbə də əlavə edilib. Bu şöbə əvvəl memarlıq və şəhərsalma şöbəsinin nəzdində qrup kimi fəaliyyət göstərib. Yeni struktur artıq Elmi Şurada təsdiqlənib və təkliflər Rəyasət Heyətinə təqdim edilib. Həmin şöbə memarlıq abidələrin qorunması və bərpası məsələsi ilə həm praktiki, həm də elmi baxımdan məşğul olacaq, bu sahə üzrə dünya təcrübəsini istifadə edərək Azərbaycan ərazisində abidələrin qorunub saxlanılmasına xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR