Bank Of Baku

Dekabrın 1-2-də Bakıda əmək yarmarkası keçiriləcək

Dekabrın 1-2-də Bakıda əmək yarmarkası keçiriləcək
# 02 noyabr 2010 13:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi dekabr ayının 1-2-də Bakıda işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçirəcək. İdarənin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, hazırda Bakı şəhər Əl Oyunları İdman Sarayında keçiriləcək yarmarkaya hazırlıq işləri aparılır.

Ş.Xələfovun sözlərinə görə, bu il işaxtaranların yarmarkada iştirakını asanlaşdırmaq məqsədi ilə bir sıra əlavə tədbirlərin keçirilməsi gözlənilir: «Əsas məqsəd odur ki, iştirakçıların yarmarkanın keçirildiyi zala daxil olmasında, eyni zamanda iş yerlərinin göstərildiyi kompüterlər qarşısında növbələr yaranmasın. Gərək elə qayda yaradaq ki, bu növbəlilik ləğv olunsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR