Bank Of Baku

Məhkumların islahı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində iştirak edən İctimai Komitənin tərkibi yenilənəcək

Məhkumların islahı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində iştirak edən İctimai Komitənin tərkibi yenilənəcək
# 02 noyabr 2010 15:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin dördüncü tərkibinin səlahiyyət müddəti bu il dekabrın 28-də başa çatır. APA-nın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi kollegiyasının qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar yuxarıda qeyd olunan sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər dekabrın 10-dək öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR