Bank Of Baku

Bakıda 3-cü Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Bakıda 3-cü  Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
# 03 noyabr 2010 07:35 (UTC +04:00)
Bakı – APA. Bakıda 3-cü Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki iki sərgidə olduğu kimi, bu il də xaricdə təhsil almaq arzusunda olan gənclərin sayının çox olacağı gözlənilir. Noyabrın 6-da keçiriləcək sərginin açılışı zamanı rəsmi çıxışlar, təqdimatlar olacaq, sonra isə təhsil müəssisələrinin tələbələrlə görüşlər təşkil ediləcək.

Budəfəki sərgidə yeni iştirakçılar sırasında INTO, CEG (Cambridge Education Group), University of Sheffild, University of East Anglia və digərləri var. Tələbələr və onların valideynləri sərgidə bu və bundan əlavə bir çox təhsil qurumun nümayəndələri ilə üzbəüz görüş keçirmək imkanı da əldə edəcəklər. Ekspertlər tərəfindən qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları haqda dolğun məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR