Bank Of Baku

Ukrayna hökuməti qadınların pensiya yaşını artırmaqdan imtina edib

Ukrayna hökuməti qadınların pensiya yaşını artırmaqdan imtina edib
# 03 noyabr 2010 13:55 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna hökuməti qadınların pensiya yaşını artırmaq barədə Beynəlxalq Valyuta Fondunun tələbini yerinə yetirməkdən imtina edib.

APA-Economics”in UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna baş nazirinin müavini Sergey Tiqipko açıqlama verib.

Onun sözlərinə görə, pensiya yaşını qaldırmaqla Pensiya Fondunun əldə edəcəyi gəlirləri kompensasiya etmək üçün hökumət müvafiq mexanizm tapıb. Amma S.Tiqipko bu mexanizmin nədən ibarət olduğunu konkretləşdirməyib.

Qeyd edək ki, hazırda Ukraynada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55 yaşdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR