Bank Of Baku

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirilib

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirilib
# 04 noyabr 2010 08:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirilib.

APA-nın məlumatına görə, forumun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov təmsil etdiyi qurum barədə məlumat verib. O deyib ki, forumun növbəti iclası yanvar-fevral aylarına planlaşdırılır. Həmin toplantıda Ermənistan nümayəndələrinin də iştirakı gözlənilir.

İclasda noyabrın 18-də Almaniyanın paytaxtı Berlində keçiriləcək 2-ci Vətəndaş Cəmiyyəti Forumuna hazırlıq işləri də müzakirə mövzusu olub.

Toplantıda forumun Azərbaycan Milli Platformasının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və Məsləhət Şurası seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR