Bank Of Baku

Bakıda BMT İnkişaf Proqramı İnsan İnkişafı Hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatı keçirilir

Bakıda BMT İnkişaf Proqramı İnsan İnkişafı Hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatı keçirilir
# 04 noyabr 2010 08:20 (UTC +04:00)
APA-nın məlumatına görə, “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” başlıqlı hesabat Azərbaycan Prezident Administrasiyası və BMT İP tərəfindən birgə təqdim olunub.

Toplantıda bildirilib ki, BMT İP-nin illik İnsan İnkişafı Hesabatı mərhum iqtisadçı Məhbub ul-Haqqın rəhbərliyi ilə müstəqil ekspert komandası tərəfindən 1990-cı ildə hazırlanıb. O, ilk dəfə milli inkişafın makroiqtisadi göstəricilərlə qiymətləndirilməsinə bir alternativ olaraq sağlamlıq, təhsil və gəlir göstəricilərinə əsaslanan İnsan İnkişafı Kodeksini təklif edib. Builki hesabatda yeniliyin davamı olaraq inkişaf dinamikası və qanunauğunluqları haqqında yeni yanaşmalar, o cümlədən bərabərsizlik, gender və yoxsulluğun ölçülməsi üçün yenilənmiş metodlar təqdim olunur.

Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlətdir. 2005-ci ildə 105-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə qalxıb. Nəticədə Azərbaycan “Orta insan inkişafı” qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub.

Azərbaycanın İnsan İnkişafı İndeksi 1995-ci ildən 2010-cu ilədək 27% artaraq 0,563-dən 0,713-ə yüksəlib. Bu müddət ərzində Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338% artıb.

Toplantıda millət vəkilləri, nazirlər və ictimaiyyət nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR