Bank Of Baku

Azərbaycan pensiya sistemində sığorta ayırmaları ilə bağlı olmayan ödəmələr azaldılacaq

Azərbaycan pensiya sistemində sığorta ayırmaları ilə bağlı olmayan ödəmələr azaldılacaq
# 04 noyabr 2010 08:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın pensiya sistemində sığorta ayırmaları ilə bağlı olmayan ödəmələrin azaldılması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bura vaxtından qabaq pensiyaya çıxanlar (ötən il bu hal müəyyən qədər azaldılıb), dövlət və hərbi qulluqçular, o cümlədən məhkəmə işçiləri, millət vəkilləri, hakimlər, prokurorluq işçiləri və digər kateqoriyadan olan şəxslərin pensiya ödəmələri daxildir: «Bu, dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Bütün bu məsələlərə «Əmək pensiyası haqqında» qanunda aydınlıq gətirilməlidir».

S.Müslümov qeyd edib ki, əlilliklə bağlı pensiyaya çıxanların sayı pensiyaçıların ümumi sayında çoxluq təşkil edir və bunun azaldılması üçün tədbirlər görülməlidir: «Hazırda bu məsələ araşdırılır və yaxın zamanlarda müvafiq orqanlar, o cümlədən Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər orqanlarla birlikdə lazımi qərarların qəbul edilməsi gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR