Bank Of Baku

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: “Azərbaycan kəskin inkişafa nail olub”

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: “Azərbaycan kəskin inkişafa nail olub”
# 04 noyabr 2010 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə böyük çətinliklərlə üzləşib. Ölkə müharibə şəraitində idi, qaçqın və məcburi köçkünlər vardı. Azərbaycan bütün bunlara baxmayaraq kəskin inkişafa nail oldu”. Bu sözləri Bakıda BMT İnkişaf Proqramı İnsan İnkişafı Hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatında çıxışında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura deyib. F. Akçura bu il Azərbaycanın orta inkişaf kateqoriyasından daha yüksək kateqoriya qrupuna daxil olduğunu söyləyib: “Azərbaycan qlobal məkanda ən yaxşı nəticələr göstərən Çin və Koreyadan da irəli çıxıb. Biz Azərbaycandakı tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirəcəyik. BMT Azərbaycana ən yaxşı təcrübələri örnək olaraq gətirir. Bizim tövsiyələrimiz əhalinin ehtiyacı və xüsusiyyətləri nəzərə alınmaqla edilməlidir. Biz hərtərəfli və dərin yanaşmanı təqdim edəcəyik ki, ölkə bu baxımdan daha sistematik inkişaf edə bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR