Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi V-XI sinif şagirdləri arasında bütün fənlər üzrə bilik yarışı keçirəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi V-XI sinif şagirdləri arasında bütün fənlər üzrə bilik yarışı keçirəcək
# 04 noyabr 2010 12:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Noyabrın 13-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk dəfə olaraq V-XI sinif şagirdləri arasında bütün fənlər üzrə bilik yarışının keçirilməsinə başlayacaq. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, indiyədək bu yarış VII-XI sinif şagirdləri arasında 4-6 fənn üzrə keçirilirdi. Yarışın məktəbləri əhatə edən ilk mərhələsinin qalibləri rayon, rayon mərhələsinin qalibləri şəhər turuna vəsiqə qazanacaqlar. Şəhər mərhələsinin qalibləri isə respublika fənn olimpiadalarında iştirak etmək hüququ olacaq. Respublika fənn olimpiadasının martda keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən bildirilib ki, respublika fənn olimpiadalarında birinci yerə layiq görülən qaliblər orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarından azad edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR