Bank Of Baku

Azərbaycanda parlament seçkiləri günü proqnozlaşdırılan hava şəraiti

Azərbaycanda parlament seçkiləri günü proqnozlaşdırılan hava şəraiti
# 05 noyabr 2010 08:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 18-21, axşam 12-14 dərəcə isti olacaq.

Noyabrın 6-da hava az buludlu, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 10-12, günün birinci yarısında 19-22, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Noyabrın 7-də hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gündüz 18-20, gecə 10-13 dərəcə isti olacaq.

Noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 18-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 6-da hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.

Noyabrın 7-8-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-21,
dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR