Bank Of Baku

Azərbaycanda ali məktəblərin musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının təşkili metodikası təkmilləşdiriləcək

Azərbaycanda ali məktəblərin musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının təşkili metodikası təkmilləşdiriləcək
# 05 noyabr 2010 08:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali məktəblərin musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirməyi nəzərdə tutur. Komissiyadan APA-ya verilən məlumata görə, Bakı Musiqi Akademiyasının “instrumental ifaçılıq”, “dirijorluq”, “solo oxuma”, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “xalq çalğı alətləri ifaçılığı” və “solo oxuma” ixtisasları üzrə keçirilən qabiliyyət imtahanlarının proqramlarına yenidən baxılıb və bir sıra təkliflər irəli sürülüb. Təkliflərin ətraflı işlənməsi və tədris-metodiki vəsaitə əlavə edilməsi məqsədi ilə artıq qeyd edilən ixtisaslar üzrə işçi qruplar yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR