Bank Of Baku

Bakıda 502 şagird uşaq hüquqlarının təbliği üzrə təlimçi kimi hazırlanıb

Bakıda 502 şagird uşaq hüquqlarının təbliği üzrə təlimçi kimi hazırlanıb
# 05 noyabr 2010 14:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Uşaq Hüquqları üzrə Konvensiyanın təbliği üzrə təlim kursu”nun yekunlarına həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, komitə sədri Hicran Hüseynova deyib ki, bu təlimlər Uşaq Hüquqları Konvensiyasının təbliği üzrə maarifləndirmə işinin genişləndirilməsi və bütün uşaqlar tərəfindən mənimsənilməsi məqsədilə keçirilib. Təlimlər AQUPDK tərəfindən Bakıda yerləşən məktəblərin şagirdləri (hər məktəbdən iki şagird) üçün təşkil olunub. 2009-cu ilin dekabrından başlayaraq bu ilin mayına qədər davam edən təlimlərdə 235 məktəbdən 502 şagird uşaq hüquqlarının təbliği üzrə təlimçi kimi hazırlanıb. Bu təlimləri öz məktəblərində təşkil etmə bacarıqlarına yiyələniblər.

Təlimlərin daha effektli və maraqlı keçməsi üçün AQUPDK bu işə Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi Qeyri-Hökumət Təşkilatının təlimçilərini cəlb edib.

Bu məqsədlə Uşaq Hüquqları Konvensiyası və xüsusi – oyun xarakterli təbliğat materialları hazırlanıb. Bu materiallar vasitəsilə təlim kursunu bitirmiş uşaqlar həmyaşıdları arasında belə təlimləri təşkil etmək imkanı əldə ediblər.

Təlimləri bitirmiş uşaqlara AQUPDK tərəfindən diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR