Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyası fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün seminar keçirəcək

Azərbaycan Diplomatik Akademiyası fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün seminar keçirəcək
# 05 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) “Fəlsəfə doktorlarının inkişafına dəstək” proqramı çərçivəsində “Xaricdə Doktorantura Pilləsinə Qəbul” mövzusunda seminar keçirəcək. Akademiyadan APA-ya verilən xəbərə görə, noyabrın 10-da saat 18.00-da Azərbaycan Diplomatik Akademiyasında keçiriləcək seminarda tanınmış fəlsəfə doktorluğu (PhD) proqramlarına qəbul, xarici ölkələrdə qeyd olunan pillədə təhsilin müddəti, strukturu, tərkib hissələri, ərizə prosedurları, qəbul şərtləri və son qeydiyyat tarixləri, Azərbaycan vətəndaşları üçün təqaüdlər barədə ətraflı məlumat veriləcək. Seminarda xarici ölkələrdə fəlsəfə doktoru dərəcəsini almış ADA-nın professor və müəllim heyəti öz biliklərini bölüşəcək.

Qeydiyyat üçün [email protected] elektron ünvanına müraciət etmək xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR