Bank Of Baku

Səudiyyə Ərəbistanı xarici işlər naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub

Səudiyyə Ərəbistanı xarici işlər naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub
# 05 noyabr 2010 16:01 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini, şahzadə Xalid bin Səud bin Xalid Əl Səudun başçılıq etdiyi nümayəndə heyəti İçərişəhər ərazisi ilə tanış olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qoruq ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və restavrasiya işləri barədə məlumat qonaqların diqqətinə çatdırılıb.
İçərişəhər ərazisində gəzinti yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda sərgilənən rəsm əsərlərinə tamaşa etməklə başlanıb. Qonaqlar Cümə məscidində və Şirvаnşаh I Хəlilullаh tərəfindən Bаkı sаkini Qаsım bəyin istifаdəsinə vеrilmiş, XV əsr abidəsi olan İkimərtəbəli Karvansarada olublar.
Nümayəndə heyətinə Qız Qalası barədə ətraflı məlumat verilib. Gəzinti zamanı həmçinin Sıratağlı dini-memarlıq kompleksi (“Bazar Meydanı”) ərazisində Avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında, ən müasir beynəlxalq tələblərə uyğun şəkildə yenidən təşkil olunmuş daş ekspozisiya ilə tanış olublar.
Sonra Azərbaycanın Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaraları haqqında informasiya qonaqların diqqətinə çatdırılıb. Gəzinti Qoşa Qala Qapıları meydanı və burada yerləşən binalar barədə maraqlı tarixi məlumatlar verilməsi ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR