Bank Of Baku

“Kəhriz Quyularının Təmizlənməsi” layihəsi çərçivəsində ANAMA Çevik Əməliyyat Qrupunun heyətinə təlimlər keçirilib

“Kəhriz Quyularının Təmizlənməsi” layihəsi çərçivəsində ANAMA Çevik Əməliyyat Qrupunun heyətinə təlimlər keçirilib
# 05 noyabr 2010 16:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Kəhriz Quyularının Təmizlənməsi” layihəsi çərçivəsində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Çevik Əməliyyat Qrupunun 6 nəfərlik heyətinə təlimlər keçirilib. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Agentlikdən bildirilib ki, Azərbaycanda mövcud olan mina və PHS problemi digər ərazilərdən əlavə olaraq, suvarma və içməli su mənbələrini də əhatə edir. İzolə edilmiş su mənbələrinin və quyuların təmizlənməsini reallaşdırmaq üçün isə xüsusi təlimin keçirilməsinə ehtiyac yaranıb. Bu məqsədlə ANAMA-nın Göygöl Regional Təlim Bazasında agentliyin Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qurumu tərəfindən təlim təşkil olunub.

Qeyd edək ki, «Kəhriz Quyularının Təmizlənməsi» layihəsi ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Məhvi və Qadağan Edilməsi İdarəsi tərəfindən ayrılmış qrant hesabına həyata keçiriləcəyi nəzərdə tutulur. Layihənin ümumi büdcəsinin 21%-i Azərbaycan hökuməti tərəfindən, 79%-i isə ABŞ Dövlət Departamenti tərəfindən ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR