Bank Of Baku

Azərbaycanda ilk laparoskopik uroloji əməliyyat keçirilib

Azərbaycanda ilk laparoskopik uroloji əməliyyat keçirilib
# 06 noyabr 2010 07:40 (UTC +04:00)
Bakı – APA. Mərkəzi Gömrük Hospitalında (MGH) Azərbaycanda ilk laparoskopik uroloji əməliyyat keçirilib. APA-nın məlumatına görə, əməliyyatı Fransada 5 illik iş təcrübəsinə malik, Avropa uroloq mütəxəssisi, MGH Urologiya Şöbəsinin rəisi Araz Bayramov uğurla keçirib.

Azərbaycanda ilk dəfə MGH-da həyata keçirilən əməliyyatın prinsipi mini invaziv laparoskopik yolla xəstədə böyrək daşının çıxarılması və laparoskopik pieloplastikanın aparılması olub.

Hospitalın Urologiya Şöbəsində yeni texnologiyanın tətbiqindən sonra böyrəklərdə, prostat vəzisi və sidik kisəsində aparılacaq əməliyyatların böyük əksəriyyəti laparoskopik və endoskopik mini invaziv yolla həyata keçiriləcək.

A. Bayramov əlavə edib ki, hospitalda böyrək transplantasiyasının tətbiqi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR