Azərbaycanlı əsir Ermənistanda başına gələnləri açıqlayıb
APA-nın qərb bürosunun məlumata görə, 1 ilə yaxın Ermənistanda əsirlik olan Tovuz rayon Əlibəyli kənd sakini Eldar Tağıyev necə əsir düşdüyü və əsirlik günləri barədə açıqlama verib.
O, ötən il dekabrın 28-də Əlibəyli kəndinin Ermənistanla sərhəddə yerləşən, Azərbaycana aid ərazisində çayda balıq tutarkən əsir düşdüyünü bildirib: “Səhər saatlarında çayda balıq tutmağa getdim. Bir neçə balıq tutduqdan sonra əlim üşüdü, kənarda oturub siqaret çəkdim. İkinci siqareti çəkəndə ermənilər üstümü aldılar. Onlardan 2-si silahlı, 1-i silahsız idi. Əlimi bağlayıb maşına qoyub apardılar. Əvvəlcə İcevan rayonuna, iki gün sonra isə Yerevana aparıldım”.
E. Tağıyev əsirlikdə olan zaman ona o qədər də çox əziyyət və işgəncə verilmədiyini bildirib: “Məni Yerevana apardıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gəldilər. Onlar mənimlə söhbət etdilər, ailəmə məktub yazdım. Onlar mənə yaradılan şəraitlə, yatmağımla, yeməyimlə - hər seylə maraqlandılar. Buna görə də əsirlikdə olduğum zaman məni o qədər də incitmirdilər”.
E. Tağıyev Yerevanda olanda, orada ondan başqa daha iki azərbaycanlı əsirin olduğunu da öyrənib: “Kameradan çıxarılanda həmin əsirlərlə danışmaq istəsəm də, ermənilər mane olurdular. Bununla belə, öyrəndim ki, onlardan biri Goranboy, digəri isə Ağdam rayonundandır. Ağdam rayonundan olan əsiri bu ilin mayında azad etdilər. Goranboydan olan əsir isə hələ də ordadır”.
O, əsirlikdə olan zaman məcbur edilərək Ermənistanın İctimai Televiziyasına çıxarıldığını deyib: “Onlar məni məcbur etdilər ki, televiziyaya çıxarıb, Azərbaycanda yaşayış şəraitinin çətinliyi, qazın, işığını olmaması, hökumət tərəfindən heç bir yardım edilməməsi, bir sözlə, əhalinin bərbad vəziyyətdə yaşadığını söyləyim. Onlar mənə təzyiq etdilər, dedilər ki, bunları deməsəm başıma pis oyunlar gətirəcəklər”.
E. Tağıyev prezident İlham Əliyevə son Həştərxan görüşü ilə əlaqədar təşəkkürünü bildirib: “Bizi cənab prezidentin imzaladığı bəyannamə sayəsində azad etdilər. Bu gün özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm”.
Tovuz Mərkəzi Rayon Xəstəxanasının İnfeksion Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, əsirlikdən qayıtmış Eldar Tağıyev bütün tibbi müayinələrdən keçirilib. Onun hər hansı infeksion xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq üçün bütün analizlər verilib. Analizlərin cavabı bir neçə gündən sonra məlum olacaq.
Qeyd edək ki, E. Tağıyev noyabrın 4-də əsirlikdən qaytarılıb.
Sosial
Yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı olub- VİDEO
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
Xəbər Lenti
Yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı olub- VİDEO
Riyad Mahrez Əlcəzair yığmasında karyerasını başa vurub
Tanışının övladını həbsdən azad edəcəyi vədi ilə dələduzluqda ittiham olunan şəxsə hökm oxunub
Alleqri “Napoli”nin baş məşqçisi təyin olunub
Rubinyan spiker seçilsə, Türkiyə üzrə xüsusi nümayəndə vəzifəsini icra etməyəcək
Pezeşkian Paşinyanla görüşüb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqon buğda göndərilib - FOTO
Ukraynada Kiyevə son hücuma görə Rusiya Baş Qərargah rəisinə qarşı cinayət işi açılıb
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir - RƏY
Nikol Paşinyan Rusiyaya səfər edəcək
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
Pakistanda avtobus dərəyə aşıb, 40 nəfər ölüb
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb
Moldovanın Baş naziri istefa verib
Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO
Azərbaycanda federasiya rəhbəri daha bir cinayətdə ittiham olunur
Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir
İranın müdafiə naziri: ABŞ atəşkəsi pozsa, adekvat cavab veriləcək
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
Xidmətlərin vahid rəqəmsal ekosistemə inteqrasiyası: Yeni model dövlət üçün də, biznes üçün də, vətəndaş üçün da faydalı olacaq - TƏHLİL
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satan 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb
DİM: Başqasının yerinə imtahan vermək istəyən şəxs barəsində araşdırma aparılır
Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb
“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa müntəzəm reyslərə başlayacaq
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 88 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycanda səfərdədir
APA TV-də XƏBƏRAPARAN - CANLI
41 153 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Azərbaycan neftinin qiyməti 72 dollara yaxın olub
DÇ-2026: İsveçrə 1/8 finala vəsiqə qazanıb
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollara yaxınlaşır
Tehranda Xamenei ilə vida mərasimi başlayıb
Dünya bazarlarında neftin qiymətləri yenidən yüksəlişə keçib
Nyu-York birjasında təbii qaz bahalaşır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Xəzər Rayon Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirib
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb