Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyində Pakistana yardım məqsədilə xeyriyyə tədbiri keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində Pakistana yardım məqsədilə xeyriyyə tədbiri keçirilib
# 06 noyabr 2010 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində “Pakistana yardım əli” adlı xeyriyyə tədbiri keçirilib. APA-nın məlumatına görə, xeyriyyə mərasimi türkiyəli modelyer Əhməd Özceyhanın “Azəri gülləri” kolleksiyası və Fəxriyyə Xələfovanın moda nümayişi çərçivəsində keçirilib. Hər iki modelyer tədbirdən xeyriyyə məqsədilə istifadə olunmasından qürur duyduqlarını olduqlarını söyləyiblər. Tədbirdə xeyriyyə məqsədli lotereya uduşu da keçirilib.

Türkiyənin Azərbaycandakı səfirinin həyat yoldaşı Günay Kılıç çıxışında bildirib ki, xeyriyyə tədbiri Pakistanda müalicə müəssisənin inşasına dəstək məqsədilə keçirilir. O deyib ki, insanların bir-birinə yardım göstərməsi həm dini, həm də insanlıq baxımından vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR