Bank Of Baku

“İçərişəhər” ərazisində məişət tullantılarının çeşidlənməsi tədbirləri davam etdirilir

“İçərişəhər” ərazisində məişət tullantılarının çeşidlənməsi tədbirləri davam etdirilir
# 06 noyabr 2010 15:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Noyabrın 5-də “Orxus” İctimai Ekoloji İnformasiya Mərkəzində İçərişəhərdə “Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi” pilot layihəsi üzrə “Təmiz Şəhər” ASC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi , ATƏT-in Bakı ofisi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin iştirakı ilə görüş keçirilib.

Xatırladaq ki, bu ilin fevral ayından etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bərk məişət tullantılarının düzgün idarə edilməsinin təşkili məqsədilə “Təmiz Şəhər” ASC və Qoruq İdarəsi tərəfindən birgə tədbirlər planı hazırlanaraq onun həyata keçirilməsinə başlanıb. İlkin mərhələdə İçərişəhər əhalisinin bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud problemlərə münasibətinin, ictimaiyyətin bu mövzuda nə dərəcədə məlumatlı olmasının müəyyən edilməsi məqsədilə “Təmiz Şəhər” ASC-nin sifarişi ilə “Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən ictimai-sosioloji rəy sorğusu aparılıb.

Qoruq İdarəsinin təşkilatçılığı ilə sakinləri ikiseksiyalı məişət zibil qutuları ilə təmin olunub, ərazidə xüsusi işarələnmiş iki fərqli rəngdə konteynerlər qoyulub. Eyni zamanda üzvi və qeyri-üzvi tullantıların ayrılıqda toplanması və daşınması təmin edilib.

Genişmiqyaslı maarifləndirmə proqramı nəticəsində hazırda İçərişəhər ərazisində məişət tullantılarının çox hissəsinin əhali tərəfindən evlərdə çeşidlənməsinə başlanıb. Bununla belə, dünya təcrübəsi göstərir ki, tullantıların evlərdə çeşidlənməsini insanların məişət mədəniyyətinə tam yeritmək zaman tələb edir və bunu nəzərə alaraq İçərişəhər ərazisində maarifləndirmə işləri gələcəkdə də davam etdiriləcək. Hazırda qoruq ərazisində işlər davam edir və bu gün qeyri-üzvi tullantıların təkrar emala yararlı materiallar üzrə tam çeşidlənməsi son olaraq “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda başa çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR