Bank Of Baku

Bişkekdəki Qırğız-Türk Manas Universitetində Azərbaycanın keçmişini əks etdirən muzey yaradılacaq - FOTO

Bişkekdəki Qırğız-Türk Manas Universitetində Azərbaycanın keçmişini əks etdirən muzey yaradılacaq - <font color=red>FOTO</font>
# 07 noyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Bişkekdəki Qırğız-Türk Manas Universitetinin rektoru Səbahəddin Balcı ilə görüşüb. N. Məmmədov APA-ya bildirib ki, görüş zamanı o, universitetdə türkdilli xalqların keçmişini əks etdirən muzeylərin yaradılmasını təklif edib. S. Balcıdan müsbət cavab alan N. Məmmədov Azərbaycanın keçmişini əks etdirən muzeyin yaradılması məqsədilə universitetə Azərbaycanın mətbəx mədəniyyətinə aid 49 ədəd əşya bağışlayıb. Əşyaların arasında 5 ədəd müxtəlifölçülü mis qazan, məcməyi, aftafa-ləyən, mis kasalar, süzgəc, samovar, səhəng və bir çox başqa əşya var. Bu əşyalar universitetin professor-müəllim heyətinin marağına səbəb olub.

Qeyd edək ki, bu yaxınlarda Qırğız-Türk Manas Universitetinin Konservatoriya şöbəsinə Azərbaycan milli musiqisi bölməsinin yaradılması məqsədilə fond tərəfindən 9 adda 11 ədəd Azərbaycan milli musiqi aləti verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR