Bank Of Baku

Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişib

Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişib
# 08 noyabr 2010 07:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Amerikanın Atlantika sahillərinə məxsus olan Mnemiopsis növünə 1987-ci ildə Qara dənizdə, 1990-cı ildə Azov dənizində təsadüf olunub. Xəzər dənizinə isə bu növ 1999-cu ildə Volqa– Don kanalı vasitəsilə ilə gəlib. Mnemiopsis növü kilkə balıqlarının əsas yemini təşkil edən zooplanktonla qidalandığı üçün Xəzərin relikt ekosisteminin bütün halqalarına, əsasən də dənizdə balıqların ümumi kütləsinin 60 faizini təşkil edən kilkə balıqlarına mənfi təsir göstərib. Kilkələrin azalması öz növbəsində onlarla qidalanan daha böyük balıqların (məsələn, siyənəklərin, nərəkimilərin), suitilərin sayının azalmasına səbəb olub. Kilkə balıqlarının ehtiyatı Xəzərdə endemik olan bu növlərin sayının stabil olmasını təmin edir.
Gəlmə Mnemiopsis növünün ilkin dövrdə say və biokütləsinin əhəmiyyətli dərəcədə artması, axınına qarşı bütövlükdə dəniz ekosisteminin cavab reaksiyasından sonra son üç il ərzində Xəzərin ekosistemində müsbət kompensasiyalı stabilləşmə tendensiyası müşahidə olunur.
Xəzərin şimal və orta hissəsində ekosistemin stabilləşməsi prosesi nisbətən daha gözəçarpacaq dərəcədə baş verir. Yaxın zamanlarda bu prosesin Xəzərin cənubunda da gedəcəyi gözlənilir. Bu da Mnemiopsislə bioloji mübarizədə Beroyenin Xəzər dənizinə gətirilməsinə ehtiyac olmadığına dəlalət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR