Bank Of Baku

Azərbaycanın bütün elmi-tədqiqat və ali təhsil müəssisələrinə 2016-cı ilədək aparacaqları elmi-tədqiqat işləri barədə məlumat verməsi üçün vaxt verilib

Azərbaycanın bütün elmi-tədqiqat və ali təhsil müəssisələrinə 2016-cı ilədək aparacaqları elmi-tədqiqat işləri barədə məlumat verməsi üçün vaxt verilib
# 08 noyabr 2010 09:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “2011-2016-cı illərdə aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanması haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin sərəncamını və “2010-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması haqqında” AMEA Rəyasət Heyətinin qərarının vaxtında və yüksək səviyyədə icra olunmasını təmin etmək məqsədilə müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə AMEA Biologiya Elmləri Bölməsinə daxil olan elmi-tədqiqat institutlarının, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin tabeçiliyində olan elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
AMEA Elmi-təşkilat şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əminağa Sadıqov bildirib ki, tabeçiliyindən asılı olmayaraq, respublikanın bütün elmi-tədqiqat və ali təhsil müəssisələri 2011-2016-cı illər üçün elmi-tədqiqat işlərinin mövzu planını və 2011-ci il üçün əhatəli planını müəyyən olunmuş formalarda hazırlayaraq noyabrın 10-dək müvafiq elmi bölmələrə təqdim etməlidirlər. Elmi-tədqiqat mövzularının icra müddəti əsasən üç ilədək, müstəsna hallarda isə beş ilədək ola bilər. Hər bir mövzunun aktuallığı, onun nəzəri və praktiki əhəmiyyəti əsaslandırılmalıdır. Plana daxil edilən mövzular təsdiq olunmuş prioritet və əsas elmi istiqamətlərə uyğun olmalı və konkret nəticələrin alınmasına yönəlməlidir.
Bundan əlavə, elmi-tədqiqat və ali təhsil müəssisələrinin 2010-cu il üçün hesabatları müəyyən olunmuş qaydada hazırlanmalı, elmi şuraların iclaslarında dinlənilməli, bu ilin dekabrın 15-dək müvafiq elmi bölmələrə və elmi-təşkilat şöbəsinə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR