Bank Of Baku

1 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri: “Yaşar Nurinin həyatı üçün təhlükə yoxdur, amma xəstəliyi ciddidir” – FOTO

1 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri: “Yaşar Nurinin həyatı üçün təhlükə yoxdur, amma xəstəliyi ciddidir” – <font color=red>FOTO </font>
# 08 noyabr 2010 12:55 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, səhhətində problemlər yaranan Yaşar Nurinin müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev deyib. Şöbə müdiri qeyd edib ki, Yaşar Nuri xəstəxanaya hipertonik – krizis diaqnozu ilə daxil olub: “Yüksək təzyiqi olub, mütəxəssislər sonradan baxış keçirib, müayinə etdikdən sonra məlum olub ki, xəstədə beyin-qan dövranın pozulması əlamətləri var və bununla əlaqədar hazırda müalicə alır. Burada söhbət qansızmadan yox, işemiyadan gedir. Xəstəxanadan nə zaman buraxılması isə onun ümumi vəziyyətindən və müalicəsinin tam başa çatmasından asılıdır”.

R.Cəfərquliyevin sözlərinə görə, Yaşar Nuri uzun müddət hipertonik xəstəsi olub və bu xəstəlik üçün krizis dövrü hesab olunur: “Yaşar müəllimin iki il öncə qara ciyərinin transplantasiya olunması müalicə işində həkimlərə bəzi çətinliklər yaradır. Amma bunun hər ikisini nəzərə alırıq, qara ciyər və beyninə görə də müvafiq müalicə aparılır ki, heç birinə ziyan olmasın”.

Şöbə müdiri deyib ki, xalq artisti təxminən bir həftə reanimasiya şöbəsində nəzarət altında saxlanılacaq.

Hazırda Yaşar Nurinin yanında olan həyat yoldaşı Rəhimə xanım və qızları aktyorun huşunun özündə olduğunu, özünü nisbətən yaxşı hiss etdiyini bildiriblər. Ancaq aktyorun özü ilə danışmağa icazə verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR