Bank Of Baku

Almaniyanın Humboldt Dövlət Universitetində Azərbaycan tarixi kafedrası açılır

Almaniyanın Humboldt Dövlət Universitetində Azərbaycan tarixi kafedrası açılır
# 08 noyabr 2010 13:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Almaniyanın paytaxtı Berlində yerləşən Humboldt Dövlət Universitetində Azərbaycan tarixi kafedrası açılır. Bu barədə APA-ya Təhsil Nazirliyinin xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Qulu Novruzov məlumat verib. Onun sözlərinə görə, bu kafedranın açılış mərasimində iştirak etmək üçün təhsil naziri Misir Mərdanovun rəhbərliyi ilə Azərbaycandan ali məktəb rektorlarının da daxil olduğu böyük nümayəndə heyəti noyabrın 29-da Almaniyaya səfər edəcək. Səfər zamanı nümayəndə heyəti Almaniyada keçiriləcək simpoziumda da iştirak edəcək.
Qeyd edək ki, Almaniyanın ən qədim ali məktəblərindən biri olan Humboldt Dövlət Universiteti 1810-cu ildən fəaliyyət göstərir. 1949-cui ildə universitetin adı onun yaradıcısı olan Vilhelm von Humboldt və onun qardaşının şərəfinə Humboldt Dövlət Universiteti adlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR