Bank Of Baku

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 08 noyabr 2010 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun təşkilatı dəstəyi ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
APA-nın məlumatına görə, konfransda Azərbaycan ilə yanaşı, Cənubi Koreya Respublikasından, Rusiya, Pakistan, İran və digər ölkələrdən enerji sahəsində çalışan alimlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti Mahmud Kərimov keçirilən konfransın aktuallığı haqqında məlumat verərək bildirdi ki, nüvə enerjisi ehtiyatlarına, istifadə texnologiyalarının hazırlığına, müxtəlifliyinə, etibarlılığına, ekoloji təminatına görə ən perspektiv enerji mənbəyidir. Akademik qeyd edib ki, Azərbaycanda nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə elmi-tədqiqat işlərinin əsası akademik Yusif Məmmədəliyev tərəfindən qoyulub və keçən əsrin 60-cı illərində Radiasiya Problemləri İnstitutu məhz bu məqsədlə yaradılıb. O bildirib ki, institut respublikada radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri üzrə elmi və tətbiqi işlər aparan yeganə elmi müəssisədir. Nüvə enerjisinin gələcəkdə bəşəriyyətin böyük energetik tələbini ödəyən əsas mənbələrdən biri olduğunu vurğulayan M. Kərimov bunun elmi araşdırmalarla sübut olunduğunu və bu məqsədlə son illər nüvə energetikasının böyük sürətlə inkişaf etdirildiyini, nüvə enerjisinin dinc məqsədlərlə istifadə edildiyi sahələrin günü-gündən genişləndirildiyini söyləyib.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov keçən əsrin 50-ci illərindən başlayaraq, nüvə enerjisinin dinc məqsədlərlə istifadə yollarının aşkar edildiyini, bu enerjinin müxtəlif məqsədli istifadələri ilə əlaqədar radiasiya və nüvə təhlükəsizliyi problemlərinin ümumbəşəri aktual problem kimi qarşıya çıxdığını və üzvü enerji mənbələrinin tükəndikcə bu problemlərin aktuallığının daha da artacağının müəyyənləşdirildiyini nəzərə çatdırıb. Alim, həmçinin institutda bu sahə üzrə aparılan fundamental elmi-tədqiqat işləri, kadr potensialı, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Konfrans öz işini noyabrın 10-a kimi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR