Bank Of Baku

Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycana gəlir

Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycana gəlir
# 09 noyabr 2010 08:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Küveyt dövlətinin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Komitədən APA-ya verilən məlumata görə, sabah qonaqlar Fəxri Xiyabanı ziyarət edəcəklər. Noyabrın 11-də isə “İslamda qadın: nailiyyətlər və problemlər” mövzusunda dəyirmi masa keçiriləcək. Eyni zamanda, qonaqlar həmin gün Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşəcəklər. Noyabrın 12-də Küvetin nümayəndə heyəti Səbail rayonundakı 134 saylı orta məktəb və uşaq bağçası ilə, Nizami rayonundakı 1 saylı uşaq evi ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR