Bank Of Baku

Azərbaycan prezidenti Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
# 09 noyabr 2010 11:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezident İ. Əliyev açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub.

Təhsil naziri Misir Mərdanov məlumat verib ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub.

Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompyuter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar var. Ölkənin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılıb.

Prezident və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR