Bank Of Baku

Bakıda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 10 noyabr 2010 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Fransa və Latviyanın müvafiq ali məktəblərinin təşkilatçılığı ilə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Misir Mərdanov bildirib ki, konfransın əsas təşkilatçıları Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutudur.

Nazir deyib ki, son illər Azərbaycanın təhsil sisteminin normativ bazası tamamilə dəyişdirilib. Azərbaycan təhsilinin ən uğurlu nəticələrindən biri orta məktəb şagirdlərinə dərsliklərinin pulsuz verilməsi, məktəb binalarının tikilməsidir. M. Mərdanov son illərdə Azərbaycanda təxminən 2000 yeni məktəb binasının inşa olunduğunu söyləyib. Bu da ümumilikdə Azərbaycandakı bütün məktəblərin yarısını təşkil edir. O, erməni işğalının Azərbaycanın təhsil sisteminə ciddi zərər vurduğunu da xatırladıb.

Tədbir iştirakçıların məruzələri ilə davam edəcək. Konfrans noyabrın 11-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR