Bank Of Baku

İstirahət mərkəzlərində qəfəslərdə saxlanılan 4 ayı və 1 canavar azad edilərək təbiətə buraxılıb

İstirahət mərkəzlərində qəfəslərdə saxlanılan 4 ayı və 1 canavar azad edilərək təbiətə buraxılıb
# 10 noyabr 2010 12:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədilə Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları ilə birgə noyabrın 9-da növbəti reyd keçirib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qurd qapısı” restoranında 1 ayının, Lerik rayonu ərazisində yerləşən istirahət mərkəzində isə 3 ayının və 1 canavarın qəfəsdə saxlanılması aşkar edilərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilib.

Müsadirə olunmuş 4 ayı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib, 1 canavar isə Hirkan Milli Parkının ərazisində təbiətə buraxılıb.

Qanunu pozmuş şəxslər isə “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR