Bank Of Baku

Almaniyanın Humboldt-Berlin Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyətə başlayıb

Almaniyanın Humboldt-Berlin Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyətə başlayıb
# 10 noyabr 2010 13:25 (UTC +04:00)
Bakı – APA. 2010-cu ilin oktyabr ayından etibarən Almaniyanın qabaqcıl universitetlərindən biri olan Humboldt-Berlin Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyətə başlayıb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kafedranın açılmasına dair razılaşma keçən ilin dekabrın 3-də Humboldt-Berlin Universitetinin sabiq rektoru, professor Xristof Markşies və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov arasında imzalanıb. Cari ilin iyun ayının 8-də “Azərbaycan tarixi” kafedrasının rəhbərliyinin seçilməsi məqsədilə həmin universitet tərəfindən yaradılmış komissiyanın yekun toplantısı keçirilib və kafedra müdiri vəzifəsinə Azərbaycan üzrə tanınmış mütəxəssis, Azərbaycanın elmi mühitinə yaxşı bələd olan və elm-təhsil müəssisələri ilə sıx əməkdaşlıq edən professor Eva-Mariya Auxun namizədliyi dəstəklənib.

Noyabrın 29-dan dekabrın 2-nə kimi universitetdə “Azərbaycanın elm və mədəniyyət həftəsi”nin keçirilməsi planlaşdırılır. Tədbirlər çərçivəsinə Azərbaycanla bağlı elmi fəaliyyət göstərən məşhur avropalı alimlərin toplaşdığı beynəlxalq elmi konfransın, gənclər forumunun, çoxsaylı mədəni tədbirlərin, konsertlərin və sərgilərin keçirilməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR