Bank Of Baku

Kubada ev alqı-satqısına rəsmən icazə verilib

Kubada ev alqı-satqısına rəsmən icazə verilib
# 10 noyabr 2010 14:27 (UTC +04:00)
Bakı - APA-Economics. Kuba hökuməti daşınmaz əmlakın alqı-satqısına qoyulan qadağanı ləğv edib.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, qadağa 1959-cu il inqilabından sonra Fidel Kastro tərəfindən tətbiq olunub.

Son vaxtlara qədər kubalılar öz evlərini və ya mənzillərini dəyişə bilərdilər. qadağanı ləğv etməklə hökumət adada yaranmış mənzil qıtlığını aradan qaldırmaq və qeyri-leqal ev alqı-satqısının həcmini azaltmaq niyyətindədir. Ekspertlərin fikrincə, yeni qanun Kubanın daşınmaz əmlak bazarının liberallaşdırılmasının yolunu açır.

Qeyd edək ki, Raul Kastro hökuməti mənzil məsələsinin həllini başlıca vəzifələrindən biri elan edib. 2007-ci ildə ölkədə mənzil defisiti 500 min ev təşkil edib, 2008-ci ildə isə qasırğa nəticəsində 600 min ev dağılıb. 2009-cu ilin yanvarında Kuba hökuməti ölkədə fərdi ev tikintisinə icazə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR