Bank Of Baku

Moskvanın 12 milyon əhalisi var

Moskvanın 12 milyon əhalisi var
# 10 noyabr 2010 15:29 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada keçirilən əhalinin siyahıyaalınması zamanı Moskvada 11,7 mln. nəfər siyahıya alınıb.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Moskva merinin müavini Valeri Vinoqradov açıqlama verib.

Onun sözlərinə görə, bu məlumatların korrektə və dəqiqləşdirmələrə ehtiyacı var. Yekun məlumatlar 2011-ci ilin aprelində açıqlanacaq.

Moskva şəhər Statistika İdarəsinin Valentin Malyutin isə bildirib ki, siyahıyaalma prosesində iştirak edən tələbələrin hər birinə 5500 rubl (190 dollar) pul veriləcək.

Qeyd edək ki, Rusiyada əhalinin siyahıyaalınması cari ilin 14-25 oktyabrında keçirilib. 2002-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə Moskvanın əhalisi 10,4 mln. nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR