Bank Of Baku

Bir həftə ərzində Azərbaycan ərazisində 785 094 ağac və kol bitkisi əkilib

Bir həftə ərzində Azərbaycan ərazisində 785 094 ağac və kol bitkisi əkilib
# 11 noyabr 2010 07:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən noyabrın 1-dən 6-dək respublika ərazisinin 391,28 hektar sahəsində 785 094 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əkilən ağaclardan 69724-ü Bakı və Bakı ətrafı ərazilərin payına düşür.

Əkilən ağaclar ETSN-in Kür Regional Meşə Tingliyi Müəssisəsi, Xırdalan, Abşeron, Ağcabədi, Zaqatala və Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin tinglik sahələrində yetişdirilib.

Ümumilikdə, 2010-cu ilin payız əkin mövsümünün sonuna qədər ölkə ərazisində 6 130 480 ədəd ağacın əkilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR