Bank Of Baku

Hicran Hüseynova: “Parlament seçkilərində 19 qadının millət vəkili seçilməsi böyük nəticədir”

Hicran Hüseynova: “Parlament seçkilərində 19 qadının millət vəkili seçilməsi böyük nəticədir”
# 11 noyabr 2010 08:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. H. Hüseynova qadın millət vəkillərinin sayı ilə bağlı ötən seçkilərlə müqayisədə xeyli irəliləyişin olduğunu deyib: “Əlbəttə, istərdik ki, qadın deputatların sayı daha çox olsun. Amma bu da pis nəticə deyil. İnanırıq ki, gələcəkdə parlamentin qadın üzvlərinin sayı daha çox olacaq”.

Skandinaviya ölkələri parlamentlərində qadın millət vəkillərinin sayının Azərbaycanla müqayisədə daha çox olması barədə suala cavabında komitə sədri bunları deyib: “Bu, müsəlman mentaliteti ilə bağlı olan məsələdir. Azərbaycanda qadın ailə ocağının qurucusu, fədakar həyat yoldaşıdır. Müsəlman ölkələrində bu həmişə prioritet olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR