Bank Of Baku

Doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq

Doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq
# 11 noyabr 2010 08:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Doktoranturaya qəbulun bu ilin sonuna kimi aparılacağı gözlənilir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov APA-ya bildirib ki, doktoranturaya qəbul aparacaq müəssisələr və müvafiq ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənməli, sonra isə həmin ixtisaslar üzrə plan yerləri müəyyənləşdirilməlidir.

M. Kərimov əlavə edib ki, 2010-cu il üçün doktoranturaya qəbul planının az da olsa azalması gözlənilir: “Keçmişdə bəzi elmi-tədqiqat müəssisələrində doktorantura olub, amma bundan sonra olmayacaq. Doktorantura olmayanda müəyyən ixtisaslar ixtisar ediləcək. Mənim fikrimcə, doktorantura hazırlığı yalnız doktorant və rəhbər münasibətlərindən asılı deyil. Bunun üçün burada müəyyən elmi mühit, diskussiya şəraiti olmalıdır. Doktorant da bu şəraitdə yetişməlidir. Belə şəraiti olmayan müəssisələrdə doktoranturanın yaradılmasını məqsədəuyğun saymamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR