Bank Of Baku

AMEA prezidenti: “UNESCO-nun son rəyindən sonra institutlarının birləşdirilməsi istiqamətində addımlar atacağıq”

AMEA prezidenti: “UNESCO-nun son rəyindən sonra institutlarının birləşdirilməsi istiqamətində addımlar atacağıq”
# 11 noyabr 2010 09:25 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, AMEA-nın institutlarının birləşdirilməsi ilə bağlı UNESCO öz hesabat və tövsiyələrini hələ akademiyaya təqdim etməyib.

M. Kərimov akademiyada islahatların aparılması məsələsi ilə bağlı gələn həftə UNESCO baş qərargahına səfər edəcəyini deyib. O əlavə edib ki, səfər çərçivəsində bununla bağlı sənədin imzalanması nəzərdə tutulur: “Yaponiya hökuməti UNESCO-nun ekspertlərinin islahatların davam etdirilməsi ilə bağlı işlərini tamamlaması üçün qrant ayırıb. Sənəd üç tərəf – Azərbaycan, UNESCO və Yaponiya arasında imzalanacaq”.

AMEA prezidenti deyib ki, bu məsələ ilə bağlı gələn ilin əvvəllərində UNESCO ekspertlərinin Bakıya yenidən səfəri gözlənilir. Burada onlar son təhlillərini, tədqiqatlarının apararaq, son sənədi hazırlayacaq və Azərbaycana təqdim edəcəklər.

Hansı istiqamət üzrə institutların birləşdiriləcəyini gəldikdə, M. Kərimov bununla bağlı hələ heç bir məlumat verə bilməyəcəyini söyləyib: “Biz ilkin təhlil aparmışıq, amma bununla bağlı mütləq qərar yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR