Bank Of Baku

Quba məzarlığının qorunması və konservasiyası üçün tədbirlər görüləcək

Quba məzarlığının qorunması və konservasiyası üçün tədbirlər görüləcək
# 11 noyabr 2010 09:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığında yaradılacaq muzeyin konservasiyasını, qorunmasını təmin etmək üçün müəyyən tədbirlər görüləcək. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu işləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Quba rayon İcra Hakimiyyəti və hökumət birlikdə görəcək: “Qərar qəbul olundu ki, Arxeologiya və Etnoqrafiya İnstitutu, Quba rayon İcra Hakimiyyəti və hökumət birlikdə bu işləri davam etdirsinlər. Yəni abidənin konservasiyasını, onun qorunmasını təmin etmək üçün müəyyən tədbirlər görüləcək. Bu işə yerli hakimiyyət orqanları, eyni zamanda AMEA yardım göstərəcək, hökumət isə lazım olan vəsaiti ayıracaq. Yəni bu məsələ demək olar ki, həll olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR