Bank Of Baku

Nazir: “Azərbaycanda ağacların kəsilməsi halları əvvəlki illərlə müqayisədə azalıb”

Nazir: “Azərbaycanda ağacların kəsilməsi halları əvvəlki illərlə müqayisədə azalıb”
# 11 noyabr 2010 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bazardakı 10-dan çox maşında olan odunlar müsadirə edilib və tədqiqat işinin aparılması üçün polis orqanlarına təhvil verilib: “Ağacların kəsilməməsi üçün mübarizə davam etdirilir. Mütəmadi olaraq, odun bazarları ləğv edilir. Hazırda Oğuz rayonun Xaçmaz meşələri və İsmayıllı rayonunun Şahdağ Milli Parkının yaxın ərazidə tədqiqatlar aparılır. Çox qəti tədbirlər görüləcək”.
Nazir deyib ki, ümumilikdə ağacların kəsilməsi halları əvvəlki illərlə müqayisədə çox azalıb. Bunun nəticəsində son 7-8 ildə Azərbaycanda meşə ilə örtülü ərazilər 0,4% artıb: “Seyrək olan ərazilərin meşə ilə örtülməsi halları artıb. Amma ayrı-ayrı ərazilərdə problem qalır. Məsələn, Talış-Lənkəran meşələrinin bir nömrəli problemi ağac qırılması deyil, meşələrdə mal-qaranın otarılmasıdır. Bunun qarşısını almaq üçün bələdiyyələr özlərinə ayrılan torpaqlarda örüş yerlərini artırmalıdırlar. Onu başqa məqsədlər üçün istifadə etməməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR