Bank Of Baku

Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq konfrans keçirilir

Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq konfrans keçirilir
# 11 noyabr 2010 10:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda “Ekologiya ili” çərçivəsində Azərbaycanın Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə “Gənclər ekoloji inkişaf uğrunda” adlı beynəlxalq elmi-praktik konfrans başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, konfransın məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın, elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir.

İ. Babayev deyib ki, bu ilin 12 avqustundan başlayaraq bir il ərzində dünyada “Gənclər ili” qeyd ediləcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə bəyan edib ki, ətraf mühitin vəziyyəti üzrə reytinqi yüksək olan ölkələrin təcrübəsi bu işə gənclərin də qoşulduğunu göstərir: “Ətraf mühit və gənclər anlayışı yanaşıdır. Təcrübə də onun göstərir ki, gənclər bu işə qoşulanda ətraf mühitin vəziyyəti daha yaxşı olur. Azərbaycan da gənclər ölkəsidir. Son 7-8 ildə Azərbaycanda ətraf mühitlə bağlı dinamik proses baş verib. Bu, ilk növbədə prezidentin “yaşıl” təfəkkürə malik olmasından irəli gəlir”.

Qeyd edək ki, 200-ə yaxın alim və gəncin iştirak etdiyi konfrans sabah yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR